“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”

turkiyeye-ders-vermek-hec-kimin-heddine-deyil
Oxunma sayı: 2085

“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan 10 ölkənin səfirlərinin Türkiyədə “Gəzi Parkı” hadisələrinə görə həbsdə olan iş adamı Osman Kavala ilə bağlı yaydıqları bəyanata da münasibət bildirib. 

“Avropa İnsan Haqqları Məhkəməsi bir qərar verib. Sorosun artığı olan bu Kavala ilə bağlı Türkiyəni burada mühakimə etmək istəyirlər. 10 səfir bu açıqlamanı niyə verib?! Bu Soros artığını müdafiə edənlər onu necə azad edə bilərlər deyə çalışırlar. Xarici işlər nazirimizə bildirmişəm ki, onları ölkəmizdə qəbul etməyə məcbur deyilik. Türkiyəyə belə bir dərs vermək sizin həddinizədirmi? Siz kimsiniz?

Siz öz ölkənizdəki quldurları, qatilləri, terrorçuları azadlığa buraxırsınız? Amerika, Almaniya, hansı bu günə kimi belə bir addım atıb? Etməyiblər və etməzlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Həmçinin oxuyun: 10 ölkənin səfirləri Türkiyə XİN-ə çağırıldı