Turşudan zəhərlənən ailənin daha bir üzvü öldü

tursudan-zeherlenen-ailenin-daha-bir-uzvu-oldu
Oxunma sayı: 2696

Xəbər verdiyimiz kimi, fevralın 12-də İmişlidə bir ailənin 3 üzvü pomidor turşusundan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızının ölümündən sonra onun 2005-ci il təvəllüdlü qızı Ağayeva Samirə Elman qızı da bu gün İmişli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, ailənin digər üzvü 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlunun vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.