Tviterin təhlükəsizlik rəhbəri istefa verdi

tviterin-tehlukesizlik-rehberi-istefa-verdi
Oxunma sayı: 992

Tviterin məzmun moderasiyası və siyasətinin rəhbəri Ella İrvin istefa verib.

“Qafqazinfo” “The Hindu Business Line” nəşrinə istinadən xəbər verir ki, İrvin İlon Maskın tviteri almasından sonra vəzifəsini tərk edən ikinci təhlükəsizlik rəhbəridir.

Ötən ilin iyununda vəzifəsinin icrasına başlayan İrvinin istefa səbəbi hələlik məlum deyil.

İrvin İlon Mask tərəfindən şirkət satın alındıqdan sonra yumşaldılmış qaydalarla tviterdə təqib, nifrət nitqi və zorakılıq siyasətinin monitorinqinə cavabdeh idi.

Onun istifadəçi hesablarının dayandırılmasında intensiv iştirakı və bloklanmış istifadəçilərə tez-tez cavab verməsi, tviterin nifrət dolu yazılara qarşı həssas olduğunu hiss edən reklamçıları platformadan uzaqlaşdırdı.

Qeyd edək ki, Mask mart ayında tviterin reklam gəlirlərinin oktyabr ayından bu yana 50 faiz azaldığını açıqlayıb.