UABD-dən Laçın yolundakı aksiya iştirakçılarına dəstək - Fotolar

uabd-den-lacin-yolundaki-aksiya-istirakcilarina-destek
Oxunma sayı: 1217

Bu gün Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təbii sərvətlərin talanması, Qarabağ iqtisadi rayonunda, habelə Ukraynada baş verənlər, həmçinin Rusiya sülhməramlılarının komandanlığı ilə Qarabağdakı erməni separatçılar arasında əlaqələr barədə həqiqətləri Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə “İnterfax-Ukraine” İnformasiya Agentliyinin mətbuat mərkəzində konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov çıxış edərək 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycanla Ermənistan arasındakı müharibənin dayandırıldığını xatırladıb.

H.Cavadov Azərbaycanın təbii sərvətlərinin qarət olunmasına Rusiya sülhməramlılarının laqeyd yanaşdıqlarını da vurğulayıb.

Tədbir zamanı oktyabrın əvvəllərində Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron arasında görüş zamanı Ermənistan tərəfinin BMT Nizamnaməsinə, Almatı prinsiplərinə sadiq olduğunu təsdiq etdiyi də xatırladılıb.

Bununla belə, Qarabağdakı separatçıların və onların adından səs-küylü bəyanatlar verən, Rusiyada milyardlarla vəsait qazanmış erməni oliqarx Ruben Vardanyanın həmin haqlı tələblərin yerinə yetirilməsinə əngəl törətməyə çalışdığı qeyd olunub.

Hazırda öz qanuni tələblərinin yerinə yetirilməsi üçün etiraz aksiyası keçirən azərbaycanlı fəallara UABD-nin tam dəstək verdiyini diqqətə çatdıran H.Cavadov Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının da həmin bölgədən çıxarılmalarını tələb etdiklərini vurğulayıb.