Üçündən biri təmsilçimiz olacaq

ucunden-biri-temsilcimiz-olacaq
Oxunma sayı: 480

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda yarışmanın ölkəmizdəki rəsmi yayımçısı İTV məlumat yayıb.

Qeyd edilib ki, müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib.

İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.

Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb.

Qeyd edək ki, müsabiqə bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.