UEFA “Qarabağ”ı 10 minə yaxın məbləğdə cərimələdi - Foto

uefa-qarabagi-10-mine-yaxin-meblegde-cerimeledi
Oxunma sayı: 3904

UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərar Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıdakı qarşılaşması zamanı azarkeş davranışı ilə bağlı olub.

Belə ki, görüş zamanı “Qarabağ” azarkeşləri “Çelsi”nin futbolçusuna qarşı irqçi ifadələr səsləndirib. Bu səbəbdən klub 5 min avro ( 9 861 AZN) məbləğində cərimələnib.

UEFA həmçinin “Köhlən atlar”a növbəti ev oyununu tamaşaçısız keçirmək barədə şərti cəza tətbiq edib. Müəyyən edilən dövrdə eyni mahiyyətdə hərəkətlər təkrarlanarsa, cəza dərhal qüvvəyə minəcək.