Ukrayna 3 ölkəni bu səbəbdən məhkəməyə verdi

ukrayna-3-olkeni-bu-sebebden-mehkemeye-verdi
Oxunma sayı: 2753

Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyan 3 ölkəni məhkəməyə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  Ukrayna İqtisadiyyat Nazirliyi Polşa, Slovakiya və Macarıstana qarşı kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyduqları səbəbiylə Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırıldığını açıqlayıb.

Bunun qəbuledilməz olduğu vurğulanıb və bu ölkələrin beynəlxalq öhdəliklərini pozduqları iddia edilib.

"Bəzi ölkələr Ukraynadan məhsul idxalına qadağa qoya bilməz. Ona görə də biz bu ölkələrə qarşı Ümumdünya Ticarət Təşkilatında iddia qaldırırıq. Eyni zamanda, ümid edirik ki, bu ölkələr məhdudiyyətləri qaldıracaqlar. Proses çox çəkməyəcək, həmrəyliyə və fermerlərin maraqlarının qorunmasına ehtiyacımız var”, - deyə Ukrayna İqtisadiyyat Nazirliyindən bildirilib.