“Biz Ukrayna ordusunun hərbi hava limanının infrastrukturuna hücum həyata keçirdik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlamsı zamanı bildirib.
“Rusiya Silahlı Qüvvələri dekabrın 3-8-də Ukrayna Silahlı Qüvvələrinin hərbi hava limanı infrastrukturuna yüksək dəqiqlikli silahlar və PUA-larla 30 ardıcıl hücum həyata keçirib. Sursat anbarları, hərbi texnika və yanacaq anbarları vurulub. Bundan başqa, Ukrayna əsgərlərinin yerləşdirildiyi mərkəzlər də vurulub”, - deyə Konaşenkov vurğulayıb.