Ukrayna ilə resurs müqaviləsi bu həftə imzalana bilər

ukrayna-ile-resurs-muqavilesi-bu-hefte-imzalana-biler
Oxunma sayı: 1365

ABŞ və Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessant “Bloomberg”ə açıqlamasında bildirib.

“Biz prosesə çox yaxınıq. Hətta saziş bu həftə imzalana bilər”,- deyə o bildirib.

Qeyd edək ki, sözügedən ölkələr arasında resurs müqaviləsi Ukraynanın təbii sərvətlərinin işlənməsini nəzərdə tutur. Belə ki, Kiyevə təqdim edilən layihəyə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.