ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu haqda Fransanın xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.
Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini bildirib:
“Bizim üçün məsələ bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır”.