Ermənistan bu gün Xeyrımlıda minaları zərərsizləşdirəcək

ermenistan-bu-gun-xeyrimlida-minalari-zerersizlesdirecek
Oxunma sayı: 960

Bu gün Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndinin yaxınlığında minalar partlayış yolu ilə zərərsizləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, partlayış yaşayış məntəqəsindən 1800 metr şimalda həyata keçiriləcək. 

Xatırladaq ki, bir neçə gündür Kirants istiqamətində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı işlər görülür.