Ukrayna Rusiya obyektlərinə Britaniya dronları ilə hücum edibmiş

ukrayna-rusiya-obyektlerine-britaniya-dronlari-ile-hucum-edibmis
Oxunma sayı: 433

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə, o cümlədən Soçi yaxınlığındakı Rusiya obyektlərinə hücum etmək üçün Böyük Britaniyanın insansız katerlərindən istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Ukrayna hərbçiləri Qara dənizin blokadası üçün Britaniyanın “Kraken Technology” şirkəti tərəfindən istehsal olunan “K3 Scout” dəniz dronlarından istifadə ediblər. Böyük Britaniyanın bu katerlərdən 20 ədəd satın aldığı, lakin onlardan neçəsinin Ukraynaya təhvil verildiyinin məlum olmadığı qeyd edilir.

Qeyd edək ki, “K3 Scout” dronları saatda 55 dəniz mili sürət yığmaq və 650 dəniz mili (təxminən 1,2 min km) məsafəni qət etmək qabiliyyətinə malikdir. Bundan əlavə, modul konstruksiyası bu dəniz dronlarından yüzlərlə hava PUA-sının buraxılması üçün platforma kimi istifadə etməyə imkan verir.

Lakin məsələ ilə bağlı ciddi qalmaqal da ortaya çıxıb. “The Telegraph” yazır ki, avqust ayında Britaniya hakimiyyəti “K3 Scout” dronlarına quraşdırılmış kameraların texniki məlumatları Çindəki IP-ünvana ötürdüyünü aşkar edib. Kameralarda Çin istehsalı olan komponentlər tapılıb və qurğuların şəbəkəyə qoşulmasını təsdiqləyən texniki məlumatları Çinə göndərdiyi bəlli olub. Məlumat sızması üzə çıxdıqdan sonra Böyük Britaniya Müdafiə Nazirliyi dronların internet bağlantısını dərhal kəsib.