Ukrayna rusiyalı komandanın öldürüldüyünü açıqladı

ukrayna-rusiyali-komandanin-oldurulduyunu-aciqladi
Oxunma sayı: 3662

Ukrayna tərəfindən Sevastopoldakı qərargaha ötən həftə təşkil edilən raket hücumu nəticəsində Rusiyanın Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğu bildirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin hücumda komandan da daxil olmaqla 34 nəfər ölüb, 105 rusiyalı əsgər isə yaralanıb.

Ukrayna xüsusi təyinatlıları hücuma məruz qalan qərargahın təmir oluna bilməyəcəyini qeyd ediblər.