Ukrayna Silahlı Qüvvələrindəki qadınların sayı açıqlandı

ukrayna-silahli-quvvelerindeki-qadinlarin-sayi-aciqlandi
Oxunma sayı: 2314

“Hazırda Ukrayna Silahlı Qüvvələrinin ümumi gücünün 7,3%-ni qadınlar təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Hərbi Media Mərkəzinin teleqram kanalında məlumat verilib.

Hərbi Media Mərkəzinin hesabatında bildirilir ki, bu ilin oktyabrına Ukrayna Silahlı Qüvvələrində qadınların sayı artaraq 62 062 nəfərə çatıb ki, onlardan 43 479-u hərbi qulluqçulardır.

Bildirilib ki, Ukrayna ordusunda mülki vəzifələrin demək olar ki, yarısını qadınlar tutur (48,2%), 5 minə yaxın qadın isə birbaşa döyüş bölgəsində yerləşib.

Qeyd edək ki, noyabrın 20-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti kadr çatışmazlığının Ukrayna Silahlı Qüvvələrini sıralarında qadınların sayını artırmağa məcbur etdiyini bildirib.