Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı

ukraynada-muharibede-olen-usaqlarin-sayi-aciqlandi
Oxunma sayı: 1816

Ukraynada gedən müharibə nəticəsində 430 uşaq həlak olub, 820 uşaq yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin milli polis rəisi İqor Klimenko feysbuk hesabında məlumat yayıb.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan indiyədək itkin düşmüş 6915 uşaq tapılıb, daha 236 uşaq isə axtarışdadır.

“Biz itkin düşmüş 6915 uşaq tapdıq. 236-sı hələ də axtarışdadır. Ümumilikdə, atəş və hərbi əməliyyatlar nəticəsində 430 uşaq ölüb, 820 uşaq yaralanıb”, - Klimenko əlavə edib.