“Ukraynadakı müharibədir, bizdəki yox?!”

ukraynadaki-muharibedir-bizdeki-yox
Oxunma sayı: 2320

“2008-ci ildə ölkəmizdə müharibə baş verdi, kiminsə Rusiyaya qarşı sanksiya tətbiq etdiyini gördünüz? Ukraynadakı müharibədir, bizdəki yox?! Məntiq haradadır?”.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda panel ümzakirələri zamanı çıxış edərkən deyib. 

Onun sözlərinə görə, heç bir ölkə həmin dövrdə Rusiyaya qarşı sanksiyalar elan etməyib: “2008-ci ildəki müharibədən sonra ABŞ və Avropa Rusiya ilə adi qaydada əməkdaşlıq etməyə davam edirdi”.

O, ölkəsinin Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmayacağını da xatırladıb: “Gürcüstanın iqtisadiyyatı çökür. Rusiyaya qarşı ikitərəfli iqtisadi sanksiyalar tətbiq etsək öz xalqımıza ziyan vuracağıq”. Qaribaşvili Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsinin 1 milyard dollarddan az təşkil etdiyini də vurğulayıb. 

Xatırladaq ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.