Ukraynadan daşınan taxılın cəmi 5%-i kasıb ölkələrə göndərilib

ukraynadan-dasinan-taxilin-cemi-5-i-kasib-olkelere-gonderilib
Oxunma sayı: 1340

“Taxıl sazişi” çərçivəsində bu günə qədər Ukrayna limanlarından taxıl da daxil olmaqla 16,9 milyon ton kənd təsərrüfatı məhsulları daşınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıb.

Onun sözlərinə görə, sözügedən bu məhsulların yalnız 5,4%-i yoxsul ölkələrə göndərilib.

Xatırladaq ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş 2022-ci il iyulun 22-si İstanbulda 120 günlüyünə bağlanıb. Daha sonradan sazişin müddəti uzadılıb. Sözügedən saziş Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bağlanıb.