“Ukraynanı bu ölkələr arasında bölmək istəyirlər”

ukraynani-bu-olkeler-arasinda-bolmek-isteyirler
Oxunma sayı: 2909

“Qərb Ukraynadakı məqsədlərinin həlli üçün ölkənin ərazisini faktiki olaraq işğal etməyə hazırdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidməti yayıb. 

Bildirilib ki, bunun üçün Ukrayna ərazisinə “sülhməramlı kontingent” göndərilə bilər: “Bu, ölkəyə “sülhməramlı kontingenti”nin yerləşdirilməsi adı altında həyata keçiriləcək və Rumıniya, Polşa, Almaniya və Böyük Britaniya arasında bölüşdürüləcək ərazilər artıq müəyyən edilib”.

Kəşfiyyat məlumatlarına görə, ümumilikdə Ukraynaya 100 min “sülhməramlı”nın göndərilməsi planlaşdırılır: “NATO Ukrayna ərazisində təlim-məşq mərkəzləri açmağı planlaşdırır. Alyans bu mərkəzlərdə səfərbərliyə cəlb olunan bir milyon ukraynalıya təlim keçmək niyyətindədir”.