Ukraynanı qeyri-qanuni tərk edən kişilər cəzalandırılacaq

ukraynani-qeyri-qanuni-terk-eden-kisiler-cezalandirilacaq
Oxunma sayı: 1110

“Ukrayna müharibə başlayandan sonra ölkəni qeyri-qanuni yolla tərk etmiş kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klemenko jurnalistlərə açıqlaması zamanı bildirib.

O vurğulayıb ki, bu gün belə qayda və məhdudiyyətlər müəyyən edilməyib:

“Düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı etdiklərini xatırlatmaq üçün əlindən gələni edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam", - o qeyd edib.

Nazirin deyib ki, bu, parlament və hökumətin birgə təşəbbüsü olacaq.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində müharibə başlayıb.