Ukraynanın iki səfirliyi təhdid məktubları alıb

ukraynanin-iki-sefirliyi-tehdid-mektublari-alib
Oxunma sayı: 1216

Ukraynanın xaricdəki daha iki səfirliyi təhdid məktubları alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən 29-cu iclasında deyib.

“Bu, şübhəsiz ki, terrorun yeni formasıdır. Biz Madriddə baş verənlərlə bağlı İspaniya hakimiyyəti ilə birlikdə bunun arxasında kimin dayandığını öyrənmək üçün çox fəal işləyirik. Bunun arxasında kimin dayandığına dair təxminimiz var, lakin bu kampaniyada iştirak edən agent və insanların bütün şəbəkəsini izləmək lazımdır”,- deyə Kuleba bildirib.