“Ukraynaya maliyyə dəstəyi hazırda kritik məqamdadır”

ukraynaya-maliyye-desteyi-hazirda-kritik-meqamdadir
Oxunma sayı: 2025

“ABŞ hakimiyyətinin Ukraynaya maliyyə dəstəyi hazırda kritik məqamdadır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Onun sözlərinə görə, indi Vaşinqtonun əvvəllər olduğu kimi Kiyevi maliyyələşdirmək üçün daha çevikliyi yoxdur. Bununla əlaqədar olaraq, ABŞ Ukraynaya göndərilən pul baxımından əhəmiyyətli dərəcədə kiçik artımla yardım paketləri ayırmağa başlayıb.

O, həmçinin qeyd edib ki, Amerika hökuməti hazırda ABŞ Konqresinin büdcədən əlavə vəsaitin ayrılması ilə bağlı qərarını gözləyir. Bura Kiyevə davamlı dəstək daxildir.