Ulduz futbolçu millimizlə oyunu buraxacaq

ulduz-futbolcu-millimizle-oyunu-buraxacaq
Oxunma sayı: 1381

Avstriya yığmasının ulduz futbolçusu David Alaba AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxacaq.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb onun zədəli olmasıdır. 

Millinin baş məşqçisi Ralf Raqnik futbolçunu riskə atmamaq üçün belə qərar verib. 

Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu martın 24-ü saat 23:45-də başlayacaq.