“Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabı təqdim olundu - Fotolar

ulu-onder-silahdaslarinin-xatirelerinde-kitabi-teqdim-olundu
Oxunma sayı: 2114

“Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən mərasimdə Yazıçılar Birliyinin sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev, digər yazarlar və Dövlət Təhlükəsizliyi Xidmətinin indiki və ehtiyatda olan zabitləri iştirak edib.

Giriş sözü ilə çıxış edən yazıçı Anar Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təqdimatı keçirilən kitabın xüsusi əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, kitab Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilib.

Kitabda ömrünün 25 ilini Azərbaycan təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin sadiq yetirmələrinin, bu orqanın vaxtilə ulu öndərin rəhbərliyi altında çalışmış veteranlarının, həmçinin Qazaxıstan və Özbəkistanın təhlükəsizlik orqanlarının veteran əməkdaşlarının dahi şəxsiyyətin mühüm dövlət təsisatındakı fəaliyyəti barədə unudulmaz xatirələri, mətbuatda dərc olunmuş məqalə və müsahibələri yer alıb.

Nəşrdə, həmçinin dünyaşöhrətli siyasi xadimin xüsusi xidmət orqanlarında çalışdığı dövrü əks etdirən fotolar, şəxsən imzaladığı və silahdaşlarına aid müxtəlif arxiv sənədləri təqdim olunub. Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Sail Ağasəlim

Fotolar Xəyal Vəlizadə