“Ümid edirəm, ABŞ münaqişənin nizamlanmasına kömək edəcək”

umid-edirem-abs-munaqisenin-nizamlanmasina-komek-edecek
Oxunma sayı: 4846

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Valday” klubu forumunda çıxışı zamanı deyib.

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəldilər. Ayın 23-də isə Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tətəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcəklər. Ən yaxşısına ümid edəcəyik”, - deyə Putin bildirib.