Ümrə ziyarətçilərini aparan “FlyNas” şirkəti öz uçuşlarını normal qrafik üzrə davam etdirir

umre-ziyaretcilerini-aparan-flynas-sirketi-oz-ucuslarini-normal-qrafik-uzre-davam-etdirir
Oxunma sayı: 398

“FlyNas” Hava Yolları Səudiyyə Ərəbistanı Krallığına məxsus aviaşirkətdir. Şirkət 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında qarşılıqlı istiqamətlər üzrə müntəzəm uçuşlar həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki, “FlyNas” aviaşirkətinə məxsus digər bütün uçuşlar təxirə salınmadan, planlaşdırılmış qrafikə uyğun şəkildə icra edilib.

Mövcud uçuş cədvəlinə əsasən:

XY627 reysi Ciddə – Bakı marşrutu üzrə saat 08:00-da həyata keçirilir.

XY628 reysi Bakı – Ciddə marşrutu üzrə saat 15:20-də uçur.

XY964 reysi Mədinə – Bakı marşrutu üzrə saat 21:20-də həyata keçirilir.

XY963 reysi isə Bakı – Mədinə marşrutu üzrə saat 04:15-də yerinə yetirilir.

Aviaşirkət tərəfindən bildirilib ki, Səudiyyə Ərəbistanı istiqamətində bütün reyslər planlaşdırılmış uçuş cədvəlinə uyğun olaraq həyata keçirilməkdə davam edir.

“FlyNas” Hava Yollarının Azərbaycandakı rəsmi satış təmsilçisi ölkəmizdə 25 ildən artıq fəaliyyət göstərən “Khazar Travel” şirkətidir.