Ürəyi dayanan Zaməddini həkimlər belə xilas edib - Video

ureyi-dayanan-zameddini-hekimler-bele-xilas-edib
Oxunma sayı: 8429

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənov Bərdə Rayon Mərkəzi Xəstəxənasında əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, mina partlayışında hər iki ayağını itirən şəxsin əməliyyat zamanı iki dəfə - əvvəl 3 dəqiqə, sonra 5 dəqiqə müddətində ürəyi dayanıb.

Həkim Hafiz Əhmədov, anestezioloq Eldar Kərimovun da daxil olduğu əməliyyat blokuna nəzarət edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov dərhal xəstəyə ürək masajı edərək onu həyata qaytarıb.

Həmin anın görüntülərini təqdim edirik: