Ursula von der Leyen və Jozep Borrel Kiyevdədir - Foto

ursula-von-der-leyen-ve-jozep-borrel-kiyevdedir
Oxunma sayı: 1875

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Leyen öz rəsmi tviter hesabında paylaşıb.

Leyenin sözlərinə görə, bu, onun Ukraynada müharibə başlayandan sonra Kiyevə 4-cü səfəridir.

Bununla yanaşı, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və 14 avropalı komissar da Kiyevdə səfərdədir. 

Xatırladaq ki, fevralın 3-ü Kiyevdə Avropa İttifaqı-Ukrayna sammiti keçiriləcək.