Uzaq planetlərin birində həyat əlamətləri ola bilər

uzaq-planetlerin-birinde-heyat-elametleri-ola-biler
Oxunma sayı: 2956

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu uzaq planetdə həyat əlamətləri ilə bağlı təsdiqlənməmiş məlumatlar əldə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər teleskopun planetdə dimetil sulfid (DMS) adlı molekulu aşkarlamış ola biləcəyini və bu molekulun Yer kürəsində yalnız canlılar tərəfindən istehsal olunduğunu söyləyirlər.

Bununla belə, tədqiqatçılar 120 işıq ili uzaqlıqdakı planetin aşkarlanması üçün daha çox məlumatın lazım olduğunu vurğulayıblar.

Tədqiqatçılar planetin atmosferində metan qazı və karbon qazı (CO2) da aşkar ediblər. Bu qazların aşkarlanması həmin planetin su okeanına malik olması demək ola bilər.