Üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı - Foto

uzerinde-kalasnikov-gezdiren-sexs-saxlanildi
Oxunma sayı: 2204

Nəsimi rayonunda üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb. 

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.