Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 926

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 429 vaksin vurulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 201, ikinci doza üzrə 38, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 168-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22-dir.