Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1347

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 563 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 318, ikinci doza üzrə 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 137-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37-dir.