Vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

vaksinasiya-ile-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2104

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 440 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 374, ikinci doza üzrə 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 35-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12-dir.