Vaqif Cavadovun zədəsi sağalıb

vaqif-cavadovun-zedesi-sagalib-
Oxunma sayı: 697

Azerisport.az xəbər verir ki, “Volqa”da çıxış edən həmyerlimiz Nalçik “Spartak”ı ilə qarşılaşmanın hazırlıqlarında yaxından iştirak edir.

Xatırladaq ki, Vaqif son turda “Anji”yə qarşı keçirilən qarşılaşmada (1:2) heç görüşün iştirak ərizəsinə də salınmamışdı. Buna onun yığmamızın düşərgəsindən zədəli qayıtması səbəb olmuşdu.

Lakin artıq zədəsini tam sağaldaraq, sıraya qayıdan Cavadovun sentyabrın 17-də keçiriləcək “Spartak”la qarşılaşmada forma geyməsində problem qalmayıb.