“Real”ın futbolçusu Lukas Vaskes VAR-ı tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu sistemin futbolu çirkləndirdiyini bildirib.
“VAR sisteminin futbolda mübahisələri azaldacağını düşünürdük. Amma əksi oldu. İspan futbolunda hakimlər yüksək səviyyəlidir, lakin VAR-ın gəlişi ilə hər şey çirkaba batdı”.