Vasif Talıbov Facebookda - Fotolar

vasif-talibov-facebookda-fotolar
Oxunma sayı: 882

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov son vaxtlar səhhəti ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Ali Məclis sədrinin yeni yaradılan rəsmi facebook səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, bəzi xəbər agentliklərində yayılan cənab sədr Vasif Talıbovun infarkt keçirməsi və Türkiyədəki məşhur klinikalardan birinə aparılmasına dair olan xəbərlər yalandır və əsassızdır: “Cənab sədr Vasif Talıbovun səhhəti tam qaydasındadır və o, hazırda Naxçıvanda öz vəzifəsini yerinə yetirir”.

Qeyd edək ki, Vasif Talıbovun adına səhifə facebook-da cari ilin yanvarın 24-də açılıb. Eyni zamanda, həmin sosial şəbəkədə səhifənin reklamı da yerləşdirlib. Hələlik səhiəni 800-ə yaxın istifadəçi bəyənib.

Ali Məclis sədrinin səhifədə paylaşılan bəzi maraqlı fotolarını da təqdim edirik: