Vatsap qrupları ilə bağlı yenilik

vatsap-qruplari-ile-bagli-yenilik
Oxunma sayı: 5091

Vatsap messencerində qrup çatlarından çıxmaqla bağlı funksiyalardan biri dəyişiləcək.

Bu barədə “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, vatsapın kompüterlər üçün 2.2218.1 saylı beta versiyasında indi qrup söhbətlərini səssiz tərk etmək imkanı var.

Bu zaman yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə, onun bütün iştirakçıları bunu görə bilir.