Venesuela hakimiyyəti Nikolas Maduronun saxlanılmasından sonra Vaşinqtonla gərginliyi azaltmaq məqsədilə xeyli sayda məhbusu azad etmək qərarına gəlib.
“Qafqazinfo” “Le Monde”yə istinadla xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodrigez məlumat verib.
O bildirib ki, “milli birlik və dinc yanaşı yaşamaq naminə” həm Venesuela, həm də xarici ölkə vətəndaşı olan xeyli sayda məhbus dərhal sərbəst buraxılacaq. Rodrigez bu addımı Bolivar (Venesuela Bolivar Respublikası – red.) hökumətinin sülh axtarışı naminə etdiyi jest kimi qiymətləndirib.
Qeyd edək ki, məhbusların azad edilməsi prosesi artıq ölkənin müxtəlif həbsxanalarında, o cümlədən paytaxt Karakasdakı “El Helicoide” kəşfiyyat qərargahında başlayıb.
Son xəbərlər
Son Xəbərlər