Gecədən başlayaraq Rusiya ordusu Kiyevə dronlarla hava hücumları həyata keçirir. Şəhərdə hündürmərtəbəli binalar və avtomobillər yanıb.
“Qafqazinfo”nun məlumatına görə, Kiyev meri Vitali Kliçko bildirib ki, hücumlar nəticəsində 3 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb.
Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib.
Dron zərbələri şəhərin bir neçə rayonunda dağıntılara səbəb olub: Darnitski rayonda mağaza ziyan görüb, Dneprovski və Peçerski rayonlarında yanğınlar baş verib, Desnyanski rayonunda isə dron 18 mərtəbəli binanın damına düşüb.
Kiyevə kütləvi hücumlar davam edir, təcili yardım xidmətləri hadisə yerindədir.
Son xəbərlər
Son Xəbərlər