“Venesuelanı biz idarə edəcəyik”

venesuelani-biz-idare-edeceyik
Oxunma sayı: 3260

“Təhlükəsiz, düzgün və sağlam düşüncəli dəyişiklik baş verənə qədər Venesuelanı biz idarə edəcəyik”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-nin məqsədi məhz sağlam düşüncəli idarəçiliyin olmasıdır.

“Biz böyük Venesuela xalqı üçün, o cümlədən, hazırda ABŞ-də yaşayan və ölkələrinə qayıtmaq istəyən bir çox venesuelalı üçün sülh, azadlıq və ədalət istəyirik.

Venesuela xalqının rifahını düşünməyən başqa birisinin Venesuelanı ələ keçirməsi riskini gözə ala bilmərik. Biz buna imkan verməyəcəyik. Biz indi oradayıq və düzgün keçid mümkün olana qədər qalacağıq”, - deyə Tramp əlavə edib.