Vətən müharibəsi şəhidinin atası vəfat etdi

veten-muharibesi-sehidinin-atasi-vefat-etdi
Oxunma sayı: 2111

Vətən müharibəsi şəhidi, kiçik çavuş Ramil Paşayevin atası vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, şəhidin atası Şakir Paşayev yaşadığı Bərdə rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ramil Paşayev 2020-ci ilin 27 oktyabrında Ağdərə istiqamətində şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.