Vilayət Eyvazov mayoru rəis təyin etdi

vilayet-eyvazov-mayoru-reis-teyin-etdi
Oxunma sayı: 18882

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib.

Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib.