Volqa çayı üzərində ağır qəza - Fotolar

volqa-cayi-uzerinde-agir-qeza
Oxunma sayı: 3116

Rusiyada Volqa çayı üzərində yeni körpünün inşaası zamanı ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, sütunların çaya bərkidilməsi zamanı beş nəfər işçinin olduğu kran aşıb. Hadisə nəticəsində üç nəfər dostlarının köməyi ilə çıxarılıb, digər iki işçinin axtarışları davam etdirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, çay suyunun temperaturu mənfi 10 dərəcə olduğu üçün itkin düşənlərin öldüyü ehtimal edilir.

Axtarış üçün 26 dalğıc və 12 xilasetmə maşını təyin olunub, faktla bağlı cinayət işi başlanılıb.