Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo və Metoxiyada yaşayan serbləri barrikadaları dağıtmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Serbiya hökuməti yanında Kosovo və Metoxiya üzrə kansler departamentinin rəhbəri Petar Petkoviç məlumat yayıb.
O, ABŞ və Avropa İttifaqının serblərə “barrikadalardan çəkilmə şərti kimi” etirazlarda iştirak etdiklərinə görə həbsdən və ya hər hansı formada təqibdən azad ediləcəyinə dair zəmanət verdiyini izah edib.