WUF13-də iştirak etmək üçün Azərbaycana gəldilər - Fotolar

wuf13-de-istirak-etmek-ucun-azerbaycana-geldiler
Oxunma sayı: 642

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Həmçinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.