Xalidə Bayramovanın yerinə o təyin edildi

xalide-bayramovanin-yerine-o-teyin-edildi
Oxunma sayı: 9007

Səbail icra başçısına yeni birinci müavin təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Səbail icra başçısının birinci müavini Xalidə Bayramova mayın 6-da vəzifəsindən azad edilmişdi.