Bu gün Tehranda Ramazan bayramı namazı Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbərinin imamətində qılınıb.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, bayram namazı yerli vaxtla saat 08:00-da İmam Xomeyni Müsəlləsində əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə qılınıb.
Qeyd edək ki, hər il bayramı namazı martın 1-i ABŞ-İsrail hücumları nəticəsində 87 yaşında həlak olan Ali Lider Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi ilə qılınırdı.
Son xəbərlər
Son Xəbərlər