ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvə göndərmək üçün hazırlıqları sürətləndirdiyi iddia edilir.
“Qafqazinfo” xəbər verir ki,bu barədə “Newsmax” telekanalı adı açıqlanmayan dörd rəsmi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton bölgəyə hərbi yerləşdirmə prosesini intensivləşdirib. Bu çərçivədə təxminən 8000 hərbi personalın Yaxın Şərqə göndərilməsi planlaşdırılır.
Məlumata əsasən, “Boxer” Amfibiya Hazırlıq Tapşırıq Qrupu və 11-ci Dəniz Ekspedisiya Bölməsi planlaşdırılandan daha tez hərəkətə keçib və Hind-Sakit okean marşrutu ilə bölgəyə yönləndirilir.
Qeyd olunur ki, bu qüvvələr artıq Yaxın Şərqə doğru irəliləyən “USS Tripoli” gəmisinə qoşulacaq.
Rəsmilər bildiriblər ki, bölgəyə göndərilməsi planlaşdırılan altı amfibiya gəmisində ümumilikdə 8000-ə yaxın hərbçi olacaq və onların 4-5 minini dəniz piyadaları təşkil edəcək.
“The Wall Street Journal” qəzetinin yaydığı xəbərə görə, Pentaqon Yaxın Şərqə təxminən 5000 dəniz piyadası və dənizçidən ibarət amfibiya hazırlıq qrupu göndərməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər