Ağdam Cümə Məscidində bayram namazı qılındı

agdam-cume-mescidinde-bayram-namazi-qilindi
Oxunma sayı: 329

Ağdam Cümə Məscidində bayram namazı qılınıb.

“Qafqazinfo” xəbər verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir.

Bayram namazında iştirak edənlər birlik, həmrəylik və sülh duaları ediblər. İbadət zamanı ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad olunub, qazilərə şəfa dilənib.

Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı zərər görən Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində məscid də əsaslı şəkildə təmir olunub. Hazırda dini abidə əvvəlki görkəminə qaytarılaraq ibadətə açıqdır.

Ziya Əmirxanlı