ABŞ səhər saatlarında Tehrana zərbələr endirdi

abs-seher-saatlarinda-tehrana-zerbeler-endirdi
Oxunma sayı: 733

İranın paytaxtı Tehran bu gün səhər saatlarında silsilə hava hücumlarına məruz qalıb.

“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, bu barədə jurnalist Əli Haşemi məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin şərq hissəsində və mərkəzində ən azı dörd-beş güclü partlayış baş verib. Hadisə yerlərindən qatı tüstü yüksəldiyi, ərazidəki hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilir.

Xatırladaq ki, Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett hələ martın 15-də ABŞ-nin əməliyyatı davam etdirmək üçün kifayət qədər vəsaitinin olduğunu, lakin zərurət yaranarsa, Konqresdən əlavə maliyyələşdirmə istənilə biləcəyini vurğulamışdı.