“McDonald’s Azərbaycan” şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə Novruz bayramı münasibətilə şəhid və veteran ailələrinin uşaqları üçün bayram tədbiri təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sumqayıt şəhərində yaşayan şəhid və qazi ailələrindən olan 50-dən çox uşaq iştirak edib.
Qonaqlar üçün bayram proqramı hazırlanıb. Uşaqlar restoranda nahar edib, daha sonra onlar üçün oyunlar və animatorların iştirakı ilə əyləncə proqramı təşkil olunub. Tədbirin sonunda iştirakçılara xüsusi hədiyyələr təqdim edilib.
Tədbir “McDonald’s Azərbaycan” ilə DSMF arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.
Bu əməkdaşlıq şəhid və qazi övladları üçün sosial və təhsil layihələrinin həyata keçirilməsinə yönəlib.
Son illər ərzində bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib.
Belə ki, şəhid ailələrindən olan məktəblilərin dəstəklənməsi, onların məktəb ləvazimatları ilə təmin olunması, maarifləndirici görüşlərin təşkili, beynəlxalq olimpiadalarda fərqlənmiş şəhid və qazi övladları üçün yay düşərgələrinin keçirilməsi, eləcə də uşaqlar üçün teatr tamaşaları kimi mədəni təşəbbüslər yerinə yetirilib. Bu layihələr uşaqlar üçün inkişaf, təhsil və ictimai həyatda fəal iştirak imkanları yaradır.
Belə tədbirlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.







Son xəbərlər
Son Xəbərlər